ANA SƏHİFƏYENİLİKKATALOQBRENDLƏRMAGAZALARVideoPRESSƏLAQƏ

"SHAKH" zərgərlik evinin yaradılma və inkişaf tarixi

“SHAKH” zəgərlik evi 19-ci əsrin sonlarında, daha dəqiq desək, 1896-cı təsis edilmişdir. O gündən bu günə kimi zərgərlik sənətinə göstərilən peşəkarlıq, istedad, zəriflik və incəsənətə olan sevgi nəsildən nəsilə ötürülür. Məhz bunun sayəsində biz zərgərlik sənətinin vəhəqiqətən işinin ustası olan mahir Azərbaycan sənətkarlarının ənənələrini qoruyub saxlamağa və bərpa etməyə nail olmuşuq. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindən başlayaraq şirkət Bakı və Gəncə şəhərlərində geniş fəaliyyət göstərirdi. Beləcə “SHAKH” özünü bütün müsbət tərəflərdən tanıtdı və nəfis hazırlanmış zərgərlik məmulatları ilə ustaları, kolleksiyaçıları, həvəskarları və sənətə qiymət verən hər kəsin etimadını qazandı. 1994-cü ildə şirkət öz fəaliyyətini yenidən bərpa etdi və pərəstişkarlarının əhatə dairəsini genişləndirmək məqsədi ilə Azərbaycanın sərhədlərini aşaraq, dünya biznes mərkəzi olan BƏƏ-də nümayəndəlik və eksklüziv məmulatların istehsalını açdı. Bizim yüksək ixtisaslı zərgərlərimiz müştərilərimizə müasir İtalyan avadanlığı və High-tech texnologiyası ilə hazırlanmış tamamilə mükəmməl “SHAKH” məhsullarını təklif edir.

2005-ci ildə Azərbaycan bazarına geri dönən “SHAKH” zərgərlik evi ilk milli multibrendə çevrildi və Fransanın «Korloff», İtaliyanın «Marco Bicego», Ponte Vecchio Gioielli, «Casato», «Rosato», «Ninetto Terzano», Alessandro Fantani, eksküziv qələmlərin istehsalı üzrə «VISCONTI», eləcə də İsveçrənin məşhur saat brendləri Hysek və «Armand Nicolet» kimi dünya zərgərlik markalarının ən eksklüziv kolleksiyalarının rəsmi distribütoru oldu. «SHAKH» zərgərlik evi Sizə zərgərlik məmulatlarının valehedici gözəllik və dəbdəbə aləminə dalmağı təklif edir. Ənənəvi üzük, sırğa, kolye, bilərzik və broşkalardan başqa biz Sizə maraqlı suvenir, bahalı saat, təmtaraqlı mətbəx gümüşü, antikvar məmulatlar təklif edirik. Seçim böyükdür - klassikadan başlayaraq ekstravaqant gənclər üçün məmuıatlara qədər. Öz müştərilərimizə ən yüksək səviyyədə servis təklif edirik. Hər bir alıcıya fərdi yanaşma, yüksək ixtisaslı əməkdaşlar Sizə zərif və eksklüziv qızıl zinət əşyalarını asanlıqla seçməyə və almağa kömək edəcəkdir.



   Yeni kolleksiyaya daxil olan zərgərlik mallari kataloqa əlavə edilmişdir.