ANA SƏHİFƏYENİLİKKATALOQBRENDLƏRMAGAZALARVideoPRESSƏLAQƏ


Dünyanin ən üstün vә aparıcı brendləri bizimlə əməkdaşlıq etmәkdәdirlәr.


Fransız zərgərlik evi «Korloff»-un tarixçəsi – «Korloff Noir» isimli, dünyanın ən böyük brilyantının tarixçəsi ilə ayrılmaz surətdə bağlıdır. 88 karat çəkisi olan bu nadir qiymətli daş Korlov-Sapojnikov rus zadəgan ailəsinin bir neçə nəsilinin xüsusi mülkiyyəti olmuşdur. Əfsanəyə əsasən, «Korloff Noir» ona bir dəfə toxunan hər bir kəsə xoşbəxtlik və uğur gətirir. Brilyantın ecazkar gözəlliyi və onun müəmmalı keçmişinə valeh olan məşhur fransız zərgəri Daniyel Paylaser daşın sahibi olmuş və 1978-ci ildə eyni adlı şirkəti qurmuşdur.

Bu gün «Korloff Noir»- «Korloff» zərgərlik evinin rəmzi və qəlbidir. Markanın bütün məmulatlarına öz şəxsi sehrli işığını yayaraq, tünd brilyant onlaraböyük müvəffəqiyyət və əmin - amanlıq tilsiminin gücünü verir. Daniyel Payler 1948-ci ildə Lionda anadan olmuşdur. Onun yaradıcılıq yolu uğurla formalaşırdı. Son dərəcə qısa müddətdə onun möhtəşəm əsərləri xalq tərəfindən layiqincə qiymətləndirilmiş və Daniyel Paylaser zərgərlik işinin maestrosu kimi ümumi şəkildə tanınmışdır. İndi Daniyel Paylaser əldə etdikləri ilə kifayətlənmir. O, misilsiz zərgərlik dekorasiyaları, saatlar, devays və geyim yaradaraq, gözəlliyin tanınmamış qanunlarını açır və onun həyata keçirilməsinin ən yeni formalarını axtarıb tapır. Özünün şəxsi gözqamaşdırıcı işlərində Daniyel Paylaser ənənələrin təmkinliyi, zərifliyi və parlaqlığı həmahəng şəkildə birləşdirməyə müvəffəq olmuşdur.

Gözəl əsərlər Lionda «Korloff» zərgərlik emalatxanalarında yaranır. Məmulatlarda yalnız “şah” materiallardan istifadə olunur: qızıl, ən saf brilyantlar və digər qiymətli daşlar. Şəxsi ideyalarını həyata keçirmək üçün «Korloff» usta - zərgərləri çox böyük diqqətlə daşları seçirlər və onlardan yalnız favorit olanlar Evin məmulatlarını bəzəməyə layiq olur. «Korloff» zərgərlik evi - “«Korloff» Cut” təraşlaması olan firma brilyantları ilə məşhurdur. Brilyantların bu təkrarolunmaz emal üsulu daşda adət olunduğu 57 üz yerinə 65 üz əldə etməyə imkan verir. Beləliklə, daşın səthində işıq bərgindən təkrarolunmaz vizual efekt yaranır və daş öz ölçülərinə gözə çox böyük görsənir. Bu, bizim üçün həddən artıq mürəkkəb təraşlanmanın yaranması sayədində «Korloff» evi əbədi olaraq zərgərlik sənətinin tarixinə keçmişdir. Bu gün «Korloff» evi təkrarolunmaz əsərlər yaradır - onların arasında istənilən zövqə görə möhtəşəm üzük və qolbaqlar, misilsiz kolye, asma bəzəklər, dəbli və eleqant saatları göstərmək olar.

“Zaman - saatın korpusuna salınmış həyatdır. Buna görə də saat sadəcə çox gözəl olmalıdır”, - şirkətin başçısı Daniyel Paylaser məhz belə düşünür. Məhz buna əsaslanaraq, etibar və yaxşı zövq əlaməti olan möhtəşəm «Korloff» saat modellərini yaradır. Hamı tərəfindən tanınan zərgərlik işi metri Paylaser bütün kolleksiyaların dizaynını şəxsən özü işləyib hazırlamışdır. Onun əsərləri özündə şirkətin qlobal müvəffəqiyyətinin sübutu olmaz xassələri birləşdirir - favorit ideyalar, elit materiallar, ideal ifa və sadiq isveçrə keyfiyyəti.

Zahirən və daxilən dəyişən və başqa şəkil alan «Korloff» saatları maksimal şəkildə mühafikərdılar - İsveçrədə «Korloff» üçün yığılmış və Fransanın zərgərlik emalatxanalarında hazırlanmış ən möhkəm mexanizmlər. «Korloff»-dan olan saatlar - etibar və yaxşı zövq göstəricisidir. «Korloff» saatlarının kolleksiyasını müxtəlif model cizgiləri təşkil edir: idman, klassik, zərgər, fashion. Saatların siferblat və kəmərlərin rəng qammasında variantlar isə maksimal şəkildə müxtəlifdir. «Korloff» saatlarının bütün dünyada tanınan eksklüziv profili : saatın yan eskizi zərif şəkildə ətilmişdir və şirkətin loqotipini təşkil edən “K” hərfinin qövsünü təkrarlayır.




İtaliyan zərgərlik markası olan «Marco Bicego» nisbətən gənc, lakin artıq olduqca müvəffəqiyyətli və tələb olunan markadır. O, 2000-ci ildə fəaliyyətə yeni başlayan zərgər Marco Biçeqo tərəfindən yaradılmışdır. Metalların emalı və zinətlərin hazırlanması sahəsində öz ilk təcrübısini Marko hələ 22 yaşında olarkən almışdır. Mıhz o zaman o ilk dəfə olaraq zərgərlik işini öz atasının emalatxanasında öyrənməyə başlamışdır.

Hal - hazırda «Marco Bicego» ən cavan, müvəffəqiyyətli və çox ümidlər verən avropa zərgərlik şirkətlərindən biridir. Onun əsas istehsal obyektləri əvvəlki kimi İtaliya yerləşir. Buna baxmayaraq, brendin firma butiklərini artıq bütün inkişaf etmiş ölkələrdə tapmaq olar, onların sayı isə - marka mıhsuluna ola tələbat kimi - durmadan artır.

Öz yeni məmulatlarının layihəsini hazırlayarkən, italyan zərgəri ilk növbədə zərgərlik məmulatlarının hazırlanması sahəsində olan müasir nəaliyyət və texnologiyalara əsaslanır. Bundan başqa, o, bizim üçün adət edilmiş qızılın emalına tamamilə yeni şəkildə yanaşır - ona zahiri görünüşünə görə ipək parçanı xatırladan spesifik faktura verir. Bundan əlavə, onun qızıl üzükləri, qızıldan hazırlanmış sırğa v ə kolyeləri çox sayda müxtəlif rəngli daşlarla bəzədilmişdir. Bu daşların arasında brilyant, akvamarin, topaz, kvars, ametist, üitrinlər, turmalinlər və bir çox başqa daşları tapmaq olar.

«Marco Bicego» çeşidi o qədər genişdir ki, bu haqda saatlarla danışmaq olar. Buna baxmayaraq, bu brendin məhsulunu bur dəfə gördüyünüz zaman Siz həmişəlik onun son dərəcə gözəl və tamamilə unikal üslübünün, «Marco Bicego» üslübünün pərəstişkarına çevriləcəksiniz.

«Marco Bicego» bəzək əşyalarını çox zaman ekstravaqant dəbli xanımlar seçir. Onlar oldu ca dəbli görünür və həm gündəlik, həm də gecə paltarlarına uyğun gəlir. Hımçinin bu markanın geniş çeşidi sevindirici haldır. Onun çox saylı bəzək zinət əşyaları bir neçə ayrı - ayrı kolleksiyalarda toplanmışdır. Hər bir kolleksiya onun tərkibinə daxil olmuş bütün məmulatlar üçün ümumi olan xüsusi üslub həllinə malikdir.




Zərgərlik dünyasının əsl estetik inqilabı 35 il əvvəl Florensiya zərgərlik ənənələrinin qәlbindә, «PVG» (“PONTE VECCHIO GIOIELLII”) nişanı altında baş verdi. Ən mütərəqqi italyan zərgər dizaynerlərdən biri olan “Ponte Vecchio Gioiellinin” cəmi bir neçə il ərzində həyata keçirdiyi bu əlverişli ideya - klassik zərgərlik evlərinin ənənəvi baxışından yorulmuş xanımlar üçün nәzәrdә tutulan, tamamilə yeni, üçölçülü görüntüyә әsaslanan zәrgәrlik anlayışı idi.

Bu gün «PVG» bəzək zinət əşyaları asanlıqla tanınır. Hər bir model bəzək əşyalarının ənənəvi üslubunun ən tələbkar tərəfdarlanın diqqətini onunla cəlb edir ki, öz sahibini xarici görünüşünə müstəsna ahəng qatır və ona xüsusi əhval - ruhiyə verir, lakin bununla yanaşı klassik üsluba etinasızlıq göstərmir. Buna nail olmağa çalışan dizaynerlər Uqo Kala və Jankarlo Kampani ağ və rəngli brilyantlar, sitrinlər, akvamarinlər, turmalinlər və periodotlar, şirkətin ən ixtisaslı ustaları tərəfindən təraşlanan və cilalanan müxtəlif daşların məğzini əks etdirən yeni dil yaratdırlar. Ponte Vecchio Gioielli - dünyanın ən görkəmli zərgərlik evlərində biridir. «PVG» emalatxanaları Florensiya təpələrində geniş ərazi tuturlar. Burada hər bir məmulat - dizaynerlərin ideyasından, əsas materialların seçimindən başlayaraq hər bir unikal fraqmentin hazırlanması və onun keyfiyyət nəzarətinə qədər bütün yolu keçir.

«PVG» dəbdən əvvəl dəbin yeni tendensiyalarını qabaqcadan duymağı bacarır, onlar - dəb qanunvericiləridirlər. şirkətin yaratdığı üslubu bu cür təsvir etmək olar : düşüncə və xəyala dalmaq, praqmatik reallıqdan qaçmaq, ən uzaq incəsənət sərhədlərinə gədər gəzinti, daxili aləm və ətrafda dəyişən cəmiyyət yollarında səyahət deməkdir.

Həqiqət interpretasiyasının bu üslubu hər bir «PVG» detalını doldurur və yeni kolleksiyaların yumşaq cizgiləri və səmimi tonlarında, onun şəffaf daşları və saf ideyaları, yüngül və şəffaf həndəsəsində biruzə verilir. Pis və yaxşı, ağ və qara adlı heç nə yoxdur - dünya çalarlarla zəngindir və «PVG» ağ və sarı qızılı, brilyant və sitrinləri kombinə edərək, onları cizgi və duyğu dolaşığına interpretasiya edir.
Ponte Vecchio Gioielli öz zinət əşyalarını müstəqil, intellektual, cəsarətli və özünə hörmət edən qadınlar üçün yaradır. «PVG», xanımlarla olan ehtiraslı vә məhrəm söhbətində, mәhz onların dilində danışmağı bacardı. Bu söhbətin nədən getdiyini anlamaq üçün ya qadin olmaq lazımdır, ya da ki, brilyant.






Luca Carati  1988 –ci ildə  Valensada yaradılan İtaliyan Zərgərlik Şirkətidir;

bu, Şirkətin zərgər ustasının  təcrübəsinin    dinamik və peşəkar menecmentlə  birləşməsi nəticəsində yaranmışdır.

Luca Carati daş-qaşlarının  istehsal prosesinin hər bir mərhələsi dizayn layihəsindən tutmuş  zərgərlik işlərinin  tamamlanmasına qədər  zavodun daxilində  həyata keçirilir. Hazırkı dövrdə belə,  Luca Carati  zərgərləri illər boyu dəyişməyən və əl işi ilə həyata keçirilən üsullardan istifadə edirlər.

Detallara  eləcə də  xammalın  ehtiyatla seçilməsinə diqqət yetirmək Luca Carati fəlsəfəsinin  əsas dəyərləri hesab edilir və  bunlar  qızıl, o cümlədən  qiymətli daşlar arasında  mükəmməl harmoniya yaradır.

Üslubi araşdırma, yaradıcı dizayn layihəsi və  ekspert modelləşdirməsi, zərif və müasir zərgərlik əşyalarının kolleksiyasını eyniləşdirir. Luca Carati öz dizaynını qoruyub saxlayır və eyni zamanda  fərdi stilini inkişaf etdirir, onu böyük həvəs  və qətiyyətlə qoruyur.  Mütləq dəyər  haqqında məlumatlar  birmənalı şəkildə  Luca Caratinin zərgərlik məmulatlarını xarakterizə edir; bütün məhsulların üzərinə əmtəə nişanı vurulur, xüsusi istehsal olan   “a jour” orijinallığın təminatçısı  və zərif üslubun sinonimi hesab edilir.




Avanqard və texniki incəlik

1997-ci ildə yaradılmış "Hysek" markası saat sənayesində avanqard yanaşmanı, həmçinin onun başqalarından seçilməkdən qorxmayan səciyyəvi üslublarını təqdim etdi.

"Hysek" ən nüfuzlu "saat usatsı-dizayner" kimi tanınaraq, lüks saat markaları içərisində yüksək səviyyədə əhəmiyyətli və nüfuzlu mövqe aldı.

"Hysek" nəfislik, texniki incəlik, keyfiyyət, xüsusiyyət və cəsarətlik sinonimidir. Onun müasir üslubu minimalizm və qüsursuz cizgiləri meydana çıxarır. "Hysek" saatları forma və həcmlərin harmoniyasının və detalların axtarışında müstəsnalığın birləşməsinin nəticəsidir, hansıki çox güclü və tanınan individuallığı çatdırır.

1-5-7-11 nömrələrinı göstərən sferblatlar, həmçinin "Hysek"-in müstəsna dizaynına uyğun, saatın korpusu ilə gözəl vəhdətdə olan çevik ilgəklər "Hysek" konsepsiyasının xarakterik elementləridir.

Marka sürətlə genişlənmış və saatların keyfiyyətinə ciddi nəzarət məqsədilə 2007-ci ildə "Hysek" öz istehsal müəssisəsini yaratmışdır, bu da saat sənayesində əhəmiyyətli oyunçu kimi özünü təqdim etməyə kömək etmişdir. Bu gün, marka saatlar, zərgərlik əşyaıarı və aksesuarlar yaradır və istehsal edir. 50-dən çox ölkədə satılan "Hysek", həmçinin nüfuzlu beynəlxalq sərgilərdə iştirak edir.




«Armand Nicolet» tarixçəsi yur dövrünə aid olan Tramelan şəhəri ilə ayrılmaz olaraq bağlıdır : burada 1890-cı ildə saatsaz Nikolenin ailəsində Arman adı qoyulmuş bir oğlan dünyaya gəldii. Bir dövrün insanlarına inansaq, Arman atasına çəkmiş və gənc yaşlarından ekstraordinar mühəndis qabiliyyətləri göstərmişdir. Artıq yeddi yaşında olarkən o, çertyoj olmadan mürəkkəb saat mexanizmlərini söküb yığa bilirdi, və atası, təbii ki, qiymətli övladından sülalənin layiqli davamçısını yetişdirmək imkanını əldən verməmişdir. Valideyn qayğısı əbəs olmamışdır : 20 yaşında olarkən Arman usta köməkçisindən tamdəyərli peşəkara çevrilmişdir və emalatxana açmışdır : burada o, öz şəxsi adı ilə mexanizmlər və saatlar yığmağa başlamışdır.

Armanın ölümündən sonra 1939-cu ildə onun işini əvvəlcə oğlu, daha sonra isə - nəvəsi davam etdirmişlər : “işlənmiş zaman” satan mağazalarda olduğu kimi kataloq, məlumat kitabçalarında siferblatında Nicolet Watch, Charles Nicolet и Marc Nicolet yazıları olan raritetlərə rast gəlmək olar. Necə bilmək olar, əgər 1970-80-cı illərdə isveçrə saat sənayesində böhran olmasaydı, ola bilsin ki, şirkət sükanında əvvəlki kimi Nikole ailəsinin üzvləri dayanardı. Lakin zaman öz istəyinə görə hökm verdi və üçüncü minillikdə «Armand Nicolet» hörmətli ailə statusu olmadan isveçrə saat brendləri elitasına özünə yol açır. Lakin əvvəlki tramelan qeydiyyatı ilə, bu da əlbəttə ki, regional kabinotyer şərəfinə riayət etməyə vadar edir.

«Armand Nicolet» saatları - Tramelan şəhərindən olan «Armand Nicolet» markasının özünün əksər müasir isveçrə saat şirkətlərinə bənzəmədiyi kimi - heç bir digər saata bənzəmir. Sirr deyil ki, isveçrə milli saat sənətinin əsasını elə də çox olamayan böyük məşhur manufakturlar deyil, on minlərlər şöhrəti olmayan, əsrlərlə ayrı-ayrı detalların istehsalında ixtisaslaşan, bəzən isə sayılı nüsxəlrdə saat yığan kiçik ailə firmaları təşkil edir. İsveçrədə saat istehsalı Kalvin dövründən belə qurulmuşdur ...
Bəzi ailələr böyük şirkət səviyyəsinə böyüməyə müvffəq olmuşlar, qalanları isə indiyədək onlara işləyirlər. XIX əsrin sonlarında əsası qoyulmuş Arman Nicolenin kiçik saat atelyesi uzun müddət ərizndə ən nüfuzlu brendlər üçün mexanizmlər yığmış və bəzəmişdir, kiçik partiyalarla saat istehsal etmişdir ki, onları Tramelandan kənarda heç kəs tanımırdı. Sakit müntəzəm həyat Arman Nicoleyə 1939-cu ilə qədər firəvan və sakit yaşamağa imkan vermiş, bundan sonra onun ailə işini onun oğlu Villi davam etdirmişdir. Bu gün Armand Nicole saat şirkətinin baş direktoru Rolando Braqadır (Rolando Braga). Bu italyan sahibkarı artıq 35 ildən çoxdur ki, saat sənayesində aktiv fəaliyyətlə məşğuldur və qol saatlarının layihəsinin hazırlanması və dizaynı sahəsində öz əhəmiyyətli nəaliyyətləri ilə məşhurdur. Rolando Braqanın sözlərinə görə, onlar qol saatlarını Armanın etdiyi kimi yaradırlar : detallara qarşı yüksək diqqət, mexanik kalibrlərin fərdi istifadəsi, eleqant formaların çeşidliyi, davamlılıq.




Yazı ləvazimatlarının realizasiyası sahəsində çoxillik təcrübəni əsas götürərək, 1988-ci ildə Dante Del Vekkio və Lici Poli, qədim qələmlər kolleksiyaçıları selluloid qələmlərinin istehsalı və satışı üzrə firma yaratmaq qərarına gəlmişlər. Hal - hazırda şirkət həmçinin biznes - suvenirləri və dəftərxana mallarının, eləcə də dəridən olan məmulatların (kişi portmone və pul kisələri) istehsalı ilə məşğul olur.

Baxmayaraq ki, 30 ildən artıqdır ki, iri firmalar bu materialı istehsalatda istifadə etmir, Del Vekkio və Lici Poli onun texniki və estetik dəyərinə inanırlar. Selluloid - müstəsna müasir və ekoloji təmiz materialdır, yalnız neft məhsullarından deyil, həm də pambıq və kamfaradan istehsal olunur, bu da mindən artıq rəng çalarlarını əldə etməyə və yaxşı zərbəyə qarşı xassələrin ifadə olunmasına imkan verir - bu da bir yerdə yüksək keyfiyyətli yazı ləvazimatı üçün əvəz olunmazdır. Brendin yaxşı cəhətlərinə - diyircəkli qələmdən başqa bütün qələmlərdə burulub bərkidilən qapaqları aid etmək olar.

Yarandığı andan «VISCONTI» ənənvi texnika, maraqlı bədii və sənət tapıntılarını diqqətsiz qoymurdu. Daha hec bir fabrika öz məmulatlarında müxtəlif materialların bu qədər geniş qammasından istifadə etmir : fil sümüyü, qara ağac və akril materiallar. Florensiya zərgərlərinin ənənələrinə əsaslanaraq, «VISCONTI» qızıl, gümüş və qiymətli daşlar hesabına öz kolleksiyalarını və nou-xau genişləndirmişdir. Zərgərlik texnologiyaları sahəsində tanınma və ümumi heyranlıq qızıl və fil sümüyünün birləşməsi ilə qələm əldə etmişdir.

«VISCONTI» qələmləri ilə 28 may 2002-ci il tarixli "NATO-Rusiya" müqaviləsi Romada imzalanmışdır. Viskonti ənənəsi tərəfindən məşhur italyan keyfiyyəti və üslubu nümunəsi kimi şəxsən Silvio Berluskoni seçilmişdir. "Gecəyarısı yolçusu" avtoqələmi müqavilənin imzalanmasında iştirak etmiş İtaliyanın Baş nazirinə, 6 Prezidentə və 14 Baş nazirə fərdi hədiyyə qismində təqdim olunmuşdur. "Keyfiyyət və yaradıcılıq” - «VISCONTI» firmasının şüarıdır.




Federiko Qauttiyeri - hər şeydə ən yaxşıya nail olmaq arzusunda olan perfeksionistdir. Onun «esprit de corps», sadəcə desək - ruhu : coşan yaradıcılıq potensialı və kreativ enerjidir ki, onları da o, çox böyük müvəffəqiyyətlə incəsənət elementlərinin yaradılmasına istiqamətləndirir. «Casato» şirkətinin istənilən vahidi - mənəvi enerjinin sarılması, görüşlərin birləşməsi və bundan əlavə - yalnız zərif qadın qəlbinə axıra qədər aydın olan müəyyən məqamdır. Bu qədər dərin hisslər - öz kökləri ilə dərin və qədimi tarixə gedir : Qauttiyeri ailəsi min illik tarixə malikdir, onların əcdadları ilk xaç döyüşlərində iştirak etmişlər ; bu gün də siz hərbi əməliyyatlarda onların iştirakı haqqında xatirə olaraq İsraildə Kesar xarabalığında qurulmuş xatirə lövhəsini görə bilərsiniz.

Əsil mənşələri ilə əlaqədar olaraq ailə üzvləri intuitiv fitri üslüb hissinə, zərif görüşə malikdirlər, qiymətli metallar və daşlar biliklərində mütəxəssisdirlər. Federiko dünyanı görmüş və bütün dəniz və okeanlarda olmuşdur, onu əhatə edən gözəllik, mühit, arxitektura, heykəltaraşlıq və təbiətin özündən ilham almışdır. Həvəskar dənizçi, aşpaz və rəssam olan Federiko öz şəxsi bədii yolu ilə daşların öz başına cavahiratını təqdim edir - özünün deyil, qadın maraqları, tələbləri və istəklərini təmin edir. Qadın həssaslığından ilham almış zərif dizayn bütün bizim kolleksiyalarımızı müəyyən edir. İlhamlanmış və eksklüzv incəsənət əsərlərini yaratmaq üçün biz parlaq qiymətli daşları xüsusi diqqətlə seçirik.

Parıltı, dəbli cərəyanlar - həqiqi dəbdəbə əşyaları və misilsiz, tayı bərabəri olmayan gözəllikdə yüksək sinif zərgərlik məmulatlarının yaradılması üçün yolu işıqlandıraraq, məhz onlar bizi məftun edirlər.

Biz zəriflk, gözəllik, incəllik və qəşəngliyi təcəssüm etdirən qadınlara valeh oluruq, məhz onlar fərqli parlaq cəvahiratın yaradılmasına bizi təşviq edirlər. «Biz dizayn və üslubun unikal simbiozuna inanırıq, qadın arzularını qabaqcadan bilmək və onların təbəssümlərini həqiqətən xoşbəxt etmək iqtidarındayıq !» - Federiko Qauttiyeri belə deyir. Federiko ilə birgə əsrarəngiz səyahətə çıxın, özünüz üçün onun aləminin gizli tərəflərini açın : hər saniyəni sevgi ilə dolduran yer.




Intuisiya şüur, məsuliyyət, ixtiraçılıq ilə dialoq aparmalıdır. Bu tənlik şirkətin uğurunun əsasında yer alır. «Rosato» şirkəti sevinc bəxş edən, elə hey toxunmaq istənilən bəzək zinət əşyalarını yaratmağa müvəffəq olmuşdur. Onları tam olaraq əl ilə hazırlayırlar, buna görə də onlarda qızılın hakimiyyəti və hisslərin hakimiyyəti birləşir. Bu əşyalar onları taxan hər bir qadına öz qaın zərifliyini, hərtərəfliliyini, fantaziyasını ifadə etməyə imkan verirlər. Lakin «Rosato» - həm də bir oyundur. Bu həzz və duyğuları bölüşmək arzusu ilə birləşən, qızılın bəxş etdiyi emosiyalardır. Bu cazibədir. Bu istehzadır. «Rosato» şirkəti tendensiyaları ifadə etmir, o, onları yaradır, çünki o, alıcının tipini dəqiq müəyyən edir və onun həyat tərzini ifadə edir. Bu səbəbdən şirkətin məmulatları yalnız müvəffəqiyyət deyil, onlar demək olar ki, maniyaya çevrilmişdir. Şirkət bazarda emosiyalar istehsal edən zərgərlik sənayesi müəssisəsi kimi özünü təsdiq edə bilmişdir. «Rosato» bəzək əşyalarında qızılın daxili, sehirli qədim gücü qorunub saxlanılmışdır, məhz onun əsasında emosiyalar bəxş edən bəzək zinət əşyaları yaradılır.

«Rosato» bəzək əşyaları ifrat tnımayan həqiqi qadın zərifliyinin bütün cazibədarlığını azad edir. «Rosato» qızılı qadının gündəlik həyatının bir hissəsi olduğu zaman, onun çox saylı rollarına uyğunlaşaraq, daha böyük dəyər qazanır.
«Rosato» bəzək zinət əşyaları - bu ilk növbədə originallıqdır. İnsan dəyərlərinə, onun ünsiyyət dairəsinə, onun köklərinə qarşı daimi müraciət əsasında yaradılmış originallıq. Bizlərin hər biri unikal və təkrarolunmazdır. Hər bir insan vahidinin qeyd - şərtsiz dəyəri «Rosato» bəzək zinət əşyalarında onlara həyatında heç olmazsa bir dəfə toxunan hər birimizə ötürülür. Qızıl, brilyantlar, əlvan rənglərin minası - sizə yalnız üslunuzu qeyd etməyə deyil, həm də sizə özünüz haqqında xatırlatmaq qabiliyyətində olan gözəl formalara çevrilmişdir. Metal və daşlar - tam dəyər deyil, yalnız sizin şəxsi dəyərinizin zahiri ifadəsidir.




Terzano F.lli SRL, - «Ninetto Terzano» ticarət markasının sahibi – 20-ci illərdə Valensa şəhərində yaradılmışdır və zərgərlik sahəsində uzun müddətli və məşhür təcrübəsi ilə öyünə bilər. Banisi Alessandro Terzano hələ 20-ci illərdə özünü zərgərlik məmulatlarının istehsalına və bütün İtaliyada yayılmasına həsr etmişdir.
1952-ci ildə onun oğlu Ninetto səriştə, üslub və peşəkarlıqla şirkəti öz nəzarəti altına götürmüşdür. O zaman ona həyat yoldaşı Bridjit qoşulmuşdur, o özünü yorulmaz və həvəsli əməkdaş kimi göstərmişdir.

Ninetto öz işini sevirdi. O, bütün İtaliyada çoxlu səyahət etmişdir. 46 il ərzində Ninetto özünün "Made in Valenza" məmulatlarını bütün İtaliyada və hətta xaricdə nümayiş etdirmişdir və çox sayda mükafat və mühüm adlar almışdır. Innovasiya və təkmilləşmənin daimi axtarışında olan Ninetto hər zaman böyük şövqlə, ruh yüksəkliyi ilə işləmişdir. O heç zaman istəməzdi ki, həmin dövrə artıq əsl düşgünlüyə çevrilən peşəkar səylərinin sonu gəlsin.

Səriştəlilik və ənənələr : bu “«Ninetto Terzano»” markasının fərqləndirici cəhətidir. Şirkət 80 ildən artıq müddət əvvəl atadan oğula verilən qiymətli əşyalara olan həvəs, düşgünlük sayəsində böyümüşdür. Bu gün həmin ehtiras ən müasir texnikada eksperimentlərə baxmayaraq, əvvəlki kimi güclü və məmulatların hazırlanma ənənələrinə qarşı sadiqdir.

Varislik böyük əhəmiyyət kəsb edirdi. Bu günkü günə şirkətin başında üsluba qarşı diqqəti olan Bridjit Terzano innovasiya və yeni perspektivlər daşıyıcıları olan öz oğlu Alessandro və qızı Roberta ilə birgə. “«Ninetto Terzano»” zinət əşyaları hər zaman yenidir, lakin klassikaya riayət olunur. Hər bir model materialların originallığını, üslubunu və yüksək keyfiyyətini əks etdirir.

Xüsusi diqqətə bütün rəng və çalarlarda olan qiymətli daşlar layiqdir. Qızıl və qiymətli daşlardan olan kolleksiya Terzano ailəsi tərəfindən yaradılmış ideyalardan irəli gəlir və təcrübəli zərgərlər tərəfindən həyata keçirilir. Məhsulun geniş çeşidi bizim müştərilərimizin tələblərini təmin etmək üçün bütün növ zərgərlik bəzək əşyalarından ibarətdir. Əslində bizim müştərilərimizin məmnunluğu hər zaman “«Ninetto Terzano»” brendinin əsas məqsədi olmuşdur.




Dizayner «Alessandro Fanfani»nin kolleksiyalarında qızıl, brilyantlar və çoxqatlı mina məmulatın yüksək keyfiyyətini təmin edən unikal texnologiyada birləşmişdir. Daşların layihəsindən seçiminə qədər hər bir addımı mütləq Usta özü nəzarət edir, hansıki ən yaxşı mütəxəssislər - zərgərlər, tökməçi, cilaçı, pardaxçı və minasazlar ilə birgə öz qiymətli şah əsərlərinə həyat vermək, daha doğrusu, səslənməyə imkan vermək üçün əllərindən gələn edirlər.

Forma və nüanslar sanki nağıllardan gəlirlər - hər şey fantaziya və real həyat arasında nazik həddə qurulur. Bu sadəcə zərgərlik məmulatlarından olduğundan daha böyük məvhumdur - bu ruhlandırılmış, duyğulu təcrübə ilə zəngin zinət əşyalarıdır, onlar görmək, toxunmaq üçün, bizim həyatımızın bir hissəsi olmaq üçün yaradılmışlar. Dəqiq ifadə olunmuş fərdilik ilə eksklüziv əsərlər - müasir qadın incəliyi hərtərəfli mozaikasının bütöv dünyası kimi və ayrı - ayrı zolaqları kimi.




Tətqiqat, Təhrik, Yenilik. Bu üç söz Calgaro brendinin təsis etdiyi produksiyanı dəqiq ifa edir. Qabaqcıl, kreativ və eksperimental ideyalar köməyi ilə beynalxalq cəvahiriyyat cəmiyyətini heyrətə gətirmək məqsədilə yeni yaranan brenddir. Calgaro firmasında təkrarolunmaz, heyrətamiz formada qızıl və gümüşdən cəvahiriyyatlar hazırlanır. Calgaro cəvahiriyyat sənətində ənənəyə uyğun olan unikal simvoldur. Bu brend zərgərlik dünyasında inqilabdır. Toxunma qızıl və gümüşdən hazırlanan boyunbağı şübhəsiz mükəmməlik nümunəsidir. Fəaliyyət illəri ərzində formalar, materiallar, konsepsiyalar inkişaf edərək daha da gözəlləşir. Ən əsası odur ki, Calgaro dünyanı heyrətə gətirməyi bacarır.




Gündəlik həyat davamlı təkamülü və daimi dəyişikliyi ilə bizi həmişə yenilikçi və detallara diqqətli olmağa məcbur edir. Buradan da aktual, müasir, moda və zaman tendensiyaları ilə ayaqlaşan Nite zinət əşyalarını yaratmaq ideyası əmələ gəlib. Nite prêt-A-Porter kolleksiyaları kimi təklif edilən, lakin asan və hamı tərəfindən taxılan, hər hala uyğun olan, Robert və Alessandro Tersanonun çox istədikləri və hazırladıqları layihədən əmələ gəlib. Orijinal forma və tendensiyalı Nite zinət əşyaları yalnız qızıl, brilyant və qiymətli daş-qaşdan yox, həmçinin bazarda az rast gəlinən qeyri-adi qarışıq materiallardan hazırlanan yüksək keyfiyyətli yaradıcılıq məhsuludur.